Son yenilənmə tarixi: 25.12.2025
Telebe360 istifadəçilərinin məxfiliyinə hörmətlə yanaşır və şəxsi məlumatların qorunmasını prioritet hesab edir. Bu Məxfilik Siyasəti platformada hansı məlumatların toplandığını, necə istifadə edildiyini və necə qorunduğunu izah edir.
1. Toplanan Məlumatlar
Telebe360 aşağıdakı məlumatları toplaya bilər:
1.1 Şəxsi məlumatlar
- Ad, soyad
- Elektron poçt ünvanı
- İstifadəçi hesab məlumatları
1.2 Tələbə statusu məlumatları
- Tələbə bileti şəkli və ya skanı
- Təhsil müəssisəsi ilə bağlı məlumatlar
Bu məlumatlar yalnız istifadəçinin real tələbə statusunun təsdiqi məqsədi ilə toplanır.
1.3 Maliyyə və ödəniş məlumatları (gələcək üçün)
- Kart hesabı ilə bağlı məlumatlar
- Platforma daxilində aparılan əməliyyat qeydləri
Qeyd: Kart məlumatları birbaşa Telebe360 serverlərində saxlanılmaya bilər və üçüncü tərəf ödəniş provayderləri vasitəsilə emal oluna bilər. Telebe360 səhv və ya icazəsiz kart məlumatları paylaşılması hallarına görə məsuliyyət daşımır.
1.4 Platforma daxili fəaliyyət məlumatları
- Tcoin balansı və əməliyyatları
- Platforma daxilində aktivlik və istifadə statistikası
2. Məlumatların İstifadə Məqsədi
Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
- İstifadəçi hesabının yaradılması və idarə olunması
- Tələbə statusunun təsdiqlənməsi
- Platforma funksiyalarının təmin edilməsi
- Tcoin loyallıq sisteminin işləməsi
- Təhlükəsizliyin və saxtakarlığın qarşısının alınması
- Xidmət keyfiyyətinin yaxşılaşdırılması
3. Tələbə Bileti Məlumatları
- Yüklənən tələbə bileti şəkilləri yalnız moderatorlar tərəfindən yoxlanılır.
- Bu sənədlər üçüncü şəxslərlə paylaşılmır.
- Təsdiq prosesi bitdikdən sonra məlumatlar təhlükəsiz şəkildə saxlanılır və ya zərurət olmadıqda silinə bilər.
- Telebe360 səhv və ya saxta tələbə bileti yükləyən istifadəçilərin məlumatları üçün məsuliyyət daşımır.
4. Tcoin və Daxili Valyuta Məlumatları
- Tcoin ilə bağlı bütün məlumatlar yalnız platforma daxilində istifadə olunur.
- Tcoin əməliyyatları istifadəçi davranışlarının və sosial-iqtisadi fəaliyyətlərin tənzimlənməsi məqsədi daşıyır.
- Tcoin real pul vahidi olmadığı üçün bank və maliyyə qurumları ilə paylaşılmır.
5. Cookies və Texniki Məlumatlar
Telebe360 istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün cookies və oxşar texnologiyalardan istifadə edə bilər:
- Sessiyanın idarə olunması
- Təhlükəsizlik
- Analitika
İstifadəçi brauzer ayarları vasitəsilə cookies istifadəsini məhdudlaşdıra bilər.
6. Məlumatların Paylaşılması
Telebe360 istifadəçi məlumatlarını:
- qanunvericiliyin tələb etdiyi hallar istisna olmaqla
- istifadəçinin razılığı olmadan
- üçüncü şəxslərlə paylaşmır.
7. Məlumatların Təhlükəsizliyi
Tələbə biletində kart məlumatlarının olduğu paylaşımlar qəbul edilmir və ya silinir. Bundan əlavə, kart məlumatları görünən tələbə biletlərinə görə Telebe360 məsuliyyət daşımır.
Telebe360 istifadəçi məlumatlarının qorunması üçün:
- texniki
- inzibati
- təhlükəsizlik tədbirləri
görür. Buna baxmayaraq, internet üzərindən məlumat ötürülməsinin tam təhlükəsizliyi zəmanət altına alınmır.
8. İstifadəçi Hüquqları
İstifadəçilər aşağıdakı hüquqlara malikdir:
- Şəxsi məlumatlarına çıxış əldə etmək
- Məlumatların düzəldilməsini tələb etmək
- Hesabın və şəxsi məlumatların silinməsini istəmək
Bu tələblər qanunvericiliyə uyğun şəkildə icra olunur.
9. Məlumatların Saxlanma Müddəti
Şəxsi məlumatlar yalnız toplandığı məqsəd üçün zəruri olan müddət ərzində saxlanılır və sonradan silinir və ya anonimləşdirilir.
10. Dəyişikliklər
Telebe360 bu Məxfilik Siyasətinə istənilən vaxt dəyişiklik etmək hüququnu özündə saxlayır. Yenilənmiş versiya platformada dərc edildiyi andan qüvvəyə minir.
11. Əlaqə
Məxfilik Siyasəti ilə bağlı suallar üçün:
📧 Email: [email protected]
🌐 Website: Telebe360